18 sentyabr 2007

Lerikdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən yeni məktəb binasının açılışı olub

Sentyabrın 17-də Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində Lerik qəsəbə orta məktəbi üçün inşa edilmiş 500 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur.


Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil işçiləri, valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək yeni dərs ilində təzə məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, regionlarda təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.