12 yanvar 2006

Beyləqanda yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Beyləqan rayonunun Mil qəsəbəsində 240 yerlik orta məktəb binası istifadəyə verilmişdir.


Açılış mərasimində çıxış edənlər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Son vaxtlar rayonda 5 yeni məktəb binası inşa olunmuşdur.