002.JPG
15 dekabr 2012

Horadizdə 3 nömrəli şəhər tam orta məktəbinin açılış mərasimi olub

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin açılış mərasimində iştirak edib.


Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 170 kvadratmetrdir. Məktəbin 1,5 hektar həyətyanı sahəsi vardır. Burada 2 min 600 kvadratmetr sahəyə tamet plitə döşənmiş, yaşıllıq zolağı salınmış, 150 dekorativ ağac əkilmiş, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.


Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur. Birinci mərtəbədə lazımi tədris vasitələri və ləvazimatlarla təmin olunmuş 10 sinif otağı, bufet, kitabxana, sürətli internetlə təchiz edilmiş kompyuter otağı və idman zalı yerləşir. İdman zalında voleybol, basketbol, mini futbol, güləş və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır.


Binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılmışdır.


Bu mərtəbədə 130 yerlik akt zalı, tədris laboratoriyaları və 12 sinif otağı da vardır.


FOTO

VİDEO

Paylaş: