001.JPG
10 sentyabr 2013

Prezident İlham Əliyev Şəmkirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Bakı Oksford Məktəbinin Uşaq Akademiyasının açılışında iştirak edib

Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyasının açılışında iştirak edib. 80 yerlik Akademiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.


Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.


Bildirildi ki, binanın tikintisinə ötən ilin mayında başlanılmışdı. İşlər bu ilin iyununda başa çatdırılıb. Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər. Burada uşaqlarla dünyada məşhur olan “Kiddie Academy” tədris proqramı əsasında hazırlıq prosesi keçiriləcək. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir.


Prezident İlham Əliyev akademiyada yaradılmış şəraitlə tanış oldu.


Binanın foyesində və otaqlarda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri qayğını əks etdirən fotolar sərgilənir. Burada balacaların istirahəti üçün xüsusi guşələr yaradılıb. Binada uşaqların keyfiyyətli tədrisi üçün sinif otaqları, eləcə də mətbəx və yeməkxana balacaların zövqünə uyğun qurulub. Bundan başqa, akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar üçün isə art-studiya var.


FOTO

VİDEO