Yevlax rayonu Kövər kəndinin məktəbliləri də yeni dərs ilini tam yenilənmiş məktəbdə qarşılayıblar. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəb yenidən qurulub. Əsaslı təmir işləri ümumi sahəsi 17720,0 kvadrat metr olan ərazidə görülüb. Məktəbin 3 mərtəbəli tədris korpusu, transformator yarımstansiyası, qazanxana, 2 ədəd içməli və yanğına qarşı istifadə üçün su anbarları və nasosxana təmir olunub. Məktəb binasının hasarı tamamilə yenilənib, ərazidə idman meydançası salınıb.
Binada su, kanalizasiya sistemləri yenidən qurulub, abadlaşdırılan məktəbyanı sahədə ağaclar əkilib, yaşıllıqlar salınıb. Sinif otaqları və laboratoriyalar müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub.