Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində 100 şagird yerlik yeni məktəb binası inşa edilib. Ümumi sahəsi 963 kv. metr olan birmərtəbəli məktəbdə 8 sinif otağı, laboratoriya, kitabxana və kompüter otağı yeni tədris vəsaiti, zəngin ədəbiyyat və müasir avadanlıqlarla təchiz olunub. İdman zalı və şahmat otağı ilə yanaşı, məktəbin həyətində futbol və basketbol meydançası salınıb, yaşıllaşdırma işləri aparılıb. Bina istilik sistemi və qazanxana ilə təchiz edilib.