002.gif
25 sentyabr 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunda məktəbəqədər təhsil müəssisələrinin açılışında iştirak ediblər

Sentyabrın 25-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılış mərasimi olub.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.


Bağçanın 1985-ci ildə tikilmiş əvvəlki binası son illər yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilib. İndi 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə cavab verir.


Bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcək. Burada ümumilikdə 220 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılıb, o, bütün zəruri avadanlıqlarla, oyuncaqlarla təchiz edilib. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə olunub. Həyətyanı sahə abadlaşdırılıb, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılıb, oyun meydançaları və köşklər qurulub.


X X X


Mehriban Əliyeva və Leyla Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il inşa olunan bağçanın ümumi sahəsi təqribən 6 min kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. Bağçanın ətrafında abadlaşdırma işləri görülüb, yaşıllıq salınıb. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.


İkimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı üçün zəruri şərait yaradılıb. 200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək. Bunlardan ikisi kiçik yaş qrupu, ikisi orta yaş qrupu üçündür. Üç böyük yaş və üç məktəbə hazırlıq qruplarında da yüksək şərait yaradılıb. Bütün tədris otaqları əyani vəsaitlərlə təchiz olunub. Bağçada on yataq otağı var. Musiqi zalı da zəruri avadanlıqlarla təchiz olunub. Bundan əlavə, balacaların psixoloji hazırlığı məqsədi ilə binada oyun zalları, yüksək səviyyədə yemək otaqları yaradılıb. Bağçada balacaların fiziki sağlamlığının təşkili məqsədi ilə yüksək standartlara uyğun hovuz tikilib.


X X X


Xəzər rayonunun Binə qəsəbəsində 285 nömrəli körpələr-evi uşaq bağçası üçün tikilmiş yeni binanın da açılışı olub. Mehriban Əliyeva və Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.


1985-ci ildə tikilmiş bina 2013-cü ilin martında sökülüb və Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində yenisi inşa olunub.


Mehriban Əliyeva bağçanın əvvəlki və indiki görünüşünü əks etdirən fotostendlə tanış oldu.


Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin və onun adını daşıyan Fondun uşaqlara diqqət və qayğısı istiqamətində gördüyü işlərdən bəhs edən fotoguşə yaradılıb.


Birinci xanım bağçanın yeməkxanası ilə tanış oldu.


İki yüz iyirmi yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus qrupları fəaliyyət göstərəcək.


Mehriban Əliyeva uşaqların istirahəti üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, bağçada musiqi və idman zalları fəaliyyət göstərir. Birinci xanım idman zalında yaradılmış şəraitlə tanış oldu.


Mehriban Əliyevaya uşaq bağçası-körpələr evinin ətrafında aparılan abadlıq işləri barədə də məlumat verildi.


FOTO

VİDEO