03_FRANSA-PREZIDENTI-SAFAR-LISEY-TANISHLIQ.jpg
11 may 2014

Fransa prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olub

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Azərbaycanda rəsmi səfərdə olan Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar.


320 yerlik lisey binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatıb və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” imzalanan sazişə əsasən qoyulub.Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq.


Fransız məktəbinin tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.


Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland mərasimdə çıxış etdilər.


Sonda xatirə şəkli çəkdirildi və dövlət başçıları Bakı Fransız Liseyinin qarşısında ağac əkdilər.


FOTO

VİDEO

Paylaş: