Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılıb. Hər biri 100 yerlik olan ikimərtəbəli bağçalarda bütün yaş qrupundan olan körpələrin qidalanması, təlim-tərbiyəsi, rahat dincəlməsi və əylənməsi üçün hər cür şərait yaradılacaq. Bağça binalarının cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.