SAMUX-UCQAR KAND-YENI MAKTAB BINASI.JPG
23 dekabr 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun Lüksemburq kəndində yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun ucqar yaşayış məntəqələrindən olan Lüksemburq kəndində yeni məktəb binası istifadəyə verilmişdir.


18 sinif otağından, iki laboratoriyadan, bir kompyuter otağından, müasir avadanlıqla təchiz edilmiş idman zalından ibarət olan ikimərtəbəli məktəb binası, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz edilmişdir.


Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev və Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək tədrisin yüksək səviyyədə təşkili üçün hər bir şəraiti yaradılan yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini, eləcə də müəllim və şagirdləri təbrik etmişlər.


Məktəbin direktoru Ofeliya Abbasova və başqaları uzun illərdən bəri qəzalı vəziyyətdə olan məktəb binasının yerində gözəl və yaraşıqlı tədris ocağının inşa edilməsinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Axırda rəmzi qırmızı lent kəsilmiş, iştirakçılar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar.



FOTO