10.jpg
11 sentyabr 2015

Biləsuvarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib.

 

Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində təməli ötən ilin mart ayında qoyulmuş ikimərtəbəli bina 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Bağçada dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun öz məşğələ, oyun, kompyuter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, lazımi avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.