002.jpg
4 noyabr 2015

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Ümumi sahəsi 1280 kvadratmetr olan ikimərtəbəli bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək, 28 pedaqoji işçi çalışacaq. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları var.

 

Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar yaradılıb. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.

 

Binada havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana var. Ərazidə geniş yaşıllıq zolağı salınıb.


FOTO

VİDEO