004.JPG
4 noyabr 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına ötən ilin dekabrında başlanılıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb.

 

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.


FOTO

VİDEO