14482983876094117860_1000x669 (1).jpg
23 noyabr 2015

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Buzovna qəsəbəsində 340 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilən körpələr evi-uşaq bağçası ikimərtəbəlidir. Müəssisə zəruri avadanlıqla təchiz edilib, hovuz, musiqi otağı, idman zalları yaradılıb, bağçanın həyətində yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.

 

10 qrupdan ibarət bağçada 200 uşağa qayğı göstəriləcək.


FOTO

VİDEO