01.JPG
12 noyabr 2016

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. Bina ikimərtəbədən ibarətdir. Altı qrup otağının olduğu müəssisədə uşaqların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla təchiz olunub.

 

Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.


FOTO

Paylaş: