1.jpg
13 yanvar 2022

Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik yeni bina inşa edilib.

 

3 mərtəbəli 1 korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

 

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.

 

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.


FOTO