3.jpg
18 mart 2022

Xaçmazda Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib

Martın 18-də Xaçmaz rayonunun Yalama kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

 

Bina 1976-cı ildən məktəb yataqxanası, 1990-cı ildən isə uşaq bağçası kimi fəaliyyət göstərib. Ötən müddətdə bina köhnəldiyindən burada əsaslı təmir işləri aparılıb.

 

Hazırda bağçada 3 qrup fəaliyyət göstərir. 60 yerlik məktəbəqədər təhsil müəssisəsində yataq, oyun, musiqi və həkim otaqları mövcuddur. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz edilib. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


FOTO