2.JPG
17 sentyabr 2024

Heydər Əliyev Fondu daha bir məktəbi İmişli rayonunda inşa edib

Heydər Əliyev Fondu tərəfindən daha bir məktəb İmişlidə inşa olunub.  1972-ci ildə inşa olunmuş Aranlı kənd 1 saylı tam orta məktəbi ötən müddət istifadəyə yararsız vəziyyətə düşmüşdür.

 

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində 624 şagird yerlik məktəb yeni tədris ilindən şagird və müəllimlərin ixtiyarına verilib.

 

3 mərtəbəli 4 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

 

Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.

 

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. 


FOTO