Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 3-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq evində olmuş, burada yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Müdir Sevda Hacıyeva burada 145 uşağın təlim-tərbiyəsi ilə 19 pedaqoqun məşğul olduğunu bildirdi.
Mehriban xanım Əliyeva uşaq evi ilə tanış oldu, Yaponiya, Türkiyə, ABŞ səfirliklərinin buranın problemlərinin həllinə kömək göstərməsindən, ABŞ-ın hərbi attaşesinin yardımı ilə xüsusi yeməkxananın tikiləcəyindən məmnunluğunu söylədi.
Özfəaliyyət kollektivinin çıxışı, uşaqların söylədikləri şeirlər maraqla qarşılandı. Mehriban xanım uşaqlarla xatirə şəkli çəkdirdi.
Uşaqlar Heydər Əliyev Fonduna "Bütün dünyanın uşaqları" adlı rəsm əsəri hədiyyə etdilər.