19 may 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Goranboy rayonundakı Rəsul Atakişiyev adına internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mayın 19-da, Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonuna səfəri çərçivəsində buradakı Rəsul Atakişiyev adına internat əsas məktəbində olmuşdur.


Ulu öndərimizin adını daşıyan Fond fəaliyyət göstərdiyi bir il ərzində uşaq evləri və internat məktəblərində müasir tələblərə cavab verən şəraitin yaradılması, bütün cəmiyyətimizin diqqət yetirməli olduğu problemlərin həlli üçün məqsədyönlü iş aparır. Bütün bunlardan xəbərdar olan məktəbin kollektivi Mehriban xanım Əliyevanı öz doğmaları kimi qarşıladı. Məktəblə tanışlıq zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bu təlim-tərbiyə ocağı ötən il Avropa Birliyinin vəsaiti hesabına əsaslı təmir olunmuş, yeni yeməkxana tikilmişdir. Mehriban xanım sinif otaqlarını gəzərək, dərs prosesini izlədi, uşaqların necə qidalanması ilə maraqlandı. Buradakı şəraitdən razılığını bildirən Mehriban xanım məktəbə kompüter dəstləri bağışlayacağına söz verdi.


Paylaş: