1 iyul 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xanlar rayonunda yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Xanlar rayonunun 3814 sakini olan Hacıməlik qəsəbəsində, 383 sakinin yaşadığı Kərəmli və 1029 sakinin yaşadığı Nadil kənlərində yeni orta məktəb binaları tikilir.

 

Bu yaşayış məntəqələrindəki yararsız vəziyyətdə olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagird yeri olan yeni məktəb binaları tikilib sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanmış, inşaat işlərinə başlanmışdır.

 

Xanlarlılar ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun bu xeyirxah təşəbbüsünü minnətdarlıq hissi ilə qarşılamışlar