2 iyul 2005

Beyləqan rayonunun Mil və Soltanbud kəndlərində yeni orta məktəb binaları tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Beyləqan rayonunun 1978 sakini olan Mil və 2400 nəfər əhali yaşayan Soltanbud kəndlərində yeni orta məktəb binaları tikilir.

 

Bu kəndlərdə qəza vəziyyətində olan məktəblərin əvəzinə 200 şagird yeri olan müasir məktəb binaları tikilib, sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanmış, inşaat işlərinə başlanmışdır.


Beyləqanlılar ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun bu xeyirxah təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılamışlar.