Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Cəlilabad rayonunun Bəcirəvan, Cəlayir, Kövüzbulaq, Çünzəli kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir.
Bu kəndlərdəki məktəblər ötən əsrin 40-50-ci illərində tikilmiş namünasib binalarda fəaliyyət göstərir. Qəza vəziyyətində olan həmin məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagirdlik yeni məktəblər tikilib sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq obyektlərin dördündə də inşaat işlərinə başlanmışdır.