4 iyul 2005

Sabirabad rayonunun Haşimxanlı və Axtaçı-Muğan kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Sabirabad rayonunun 2254 sakini olan Haşimxanlı və 1987 sakini olan Axtaçı-Muğan kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir.

 

Bu kəndlərdəki 1936 və 1950-ci illərdə inşa edilmiş, hazırda qəza vəziyyətində olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagirdlik yeni məktəblər tikilib sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanmış, inşaat işlərinə başlanmışdır. Tikinti işlərində yerli işçi qüvvəsindən istifadə olunur.