5 iyul 2005

Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində 100 yerlik, rayon mərkəzində isə 240 yerlik təzə orta məktəb binaları tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Biləsuvar rayonunun 537 sakini olan Aranlı və 691 sakini olan Çinarlı kəndlərində 100 yerlik, rayon mərkəzində isə 240 yerlik təzə orta məktəb binaları tikilir.

 

Məktəblərin tikintisinə ümumən 1 milyard 200 milyon manata yaxın vəsait sərf ediləcəkdir. Bu təhsil ocaqlarında 84 milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır.

 

Tikinti işlərində yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə olunmasına üstünlük verilir.

 

Biləsuvarlılar Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu xeyirxah təşəbbüsünü minnətdarlıqla qarşılamışlar.