5 iyul 2005

Bərdədə yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Bərdə rayonunun Yeni Daşkənd və Saatlı kəndlərində hər birinin smeta dəyəri 759 milyon 74 min manat olan 240 yerlik, Xanağahlı kəndində dəyəri 675 milyon 77 min manat olan 200 yerlik təzə orta məktəb binaları tikilir.

 

Məktəblərə 130 milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır.

 

Tikinti işlərində yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə olunmasına üstünlük verilir.


Paylaş: