7 iyul 2005

Yevlaxda yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Yevlax rayonunun Nəmirli kəndində smeta dəyəri 427 milyon 46 min manatlıq 100 yerlik, Hacıselli kəndində dəyəri 675 milyon 77 min manatlıq 200 yerlik təzə orta məktəb binaları tikilir.


Məktəblərə 61 milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır.


Tikinti işlərində əsasən yerli işçi qüvvəsindən istifadə olunur.