0.JPG
7 iyul 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ağdaşda internat məktəbində olub

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyulun 7-də, Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri çərçivəsində Ağdaş şəhərindəki Maqsud Şeyxzadə adına internat məktəbində olmuşdur.

 

Məktəblə tanışlıq zamanı Mehriban xanıma məlumat verildi ki, bu təhsil ocağında 399 şagirdin təlim-tərbiyəsi ilə 73 müəllim məşğul olur. Hazırda burada cari təmir işləri gedir.

 

Mehriban xanım Əliyeva vurğuladı ki, məktəbin binasında cari yox, əsaslı təmirin aparılmasına böyük ehtiyac vardır. Heydər Əliyev Fondu təmir işlərinə hər cür kömək göstərəcəkdir.

 

Bildirildi ki, Fond tərəfindən bu il respublikada tikiləcək 132 məktəbdən biri Ağdaşın Pirkəkə kəndində inşa olunacaqdır.

 

Mehriban xanım Əliyeva bu ilin sentyabrında onun açılışında iştirak edəcəyini və məktəblə yaxından tanış olacağını bildirdi.


FOTO