DSC_0011.JPG
7 iyul 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Göyçayda internat məktəbində olub

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyulun 7-də, İlham Əliyevin Göyçay rayonuna səfəri çərçivəsində Göyçay şəhərindəki internat məktəbində olmuşdur.

 

Ehtiramla, xüsusi hörmətlə qarşılanan Mehriban Əliyevaya rəhbərlik etdiyi Fondun uşaq evlərinə, internatlara göstərdiyi qayğıya görə ürəkdən gələn xoş sözlər deyildi.

 

Heydər Əliyev Fondunun prezidenti məktəblə tanış oldu. Mehriban xanım otaqlarda döşəmələrin təzələnməsinə, istilik sisteminin yaradılmasına, avadanlıqla təchiz olunmasına yaxından kömək göstəriləcəyini bildirdi.

 

İnternat məktəbində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri ilə də görüşən YUNESKO-nun xoşməramlı səfiri onların problemləri ilə də yaxından maraqlandı.


FOTO

Paylaş: