8 iyul 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ rayonunun Çarxana və Daşca kəndlərində orta məktəb binaları tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Qəbələ rayonunda 754 sakinin yaşadığı Çarxana və 745 sakinin yaşadığı Daşca kəndlərində 100 yerlik təzə orta məktəb binaları tikilir. Ötən əsrin 20-30-cu illərindən qeyri-münasib binalarda yerləşən məktəblərin yerində inşa edilən təhsil ocaqlarının hər birinin layihə dəyəri 427 milyon manatdır. Məktəblərin hərəsi 20 milyon manatlıq avadanlıqla təchiz ediləcəkdir.

 

Tikinti işlərində yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə olunmasına üstünlük verilir.

 

Qəbələlilər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxah qayğı və təşəbbüsünü minnətdarlıqla qarşılamışlar.