8 iyul 2005

Salyanda yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinədək Salyan rayonunun 1070 nəfər sakini olan Pambıqkənddə smeta dəyəri 675 milyon 77 min manat olan 200 yerlik, 1050 nəfər sakini olan Peyk kəndində smeta dəyəri 427 milyon 46 min manat olan 100 yerlik təzə orta məktəb binaları tikilir.

 

Məktəblərə 61milyon manatlıq avadanlıq da alınıb quraşdırılacaqdır.