14 iyul 2005

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı uğurla həyata keçirilir

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, "Azəraqrarsukanallayihə" İnstitutunun layihələri əsasında respublikanın 10 kənd rayonunda məktəb binaları tikilir.

 

100, 200 və 240 yerlik bu təhsil ocaqları fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilir.

 

Hazırda Ağcabədi rayonunun Aşağı Avşar, Şənlik, Minaxorlu və Hacılar kəndlərində (3 saylı şəhər məktəbi üçün yeni korpus da daxil olmaqla), Sabirabadın Haşimxanlı, Axtaçı Muğan, Hacıqabulun Birinci Udullu, Qubalı, eləcə də Beyləqanın Mil və Soltanbud qəsəbələrində, İmişlinin Qaralar, Mürsəlli, Salyanın Pambıqkənd, Peyk, Bərdənin Saatlı, Yeni Daşkənd, Xanağahlı yaşayış məntəqələrində, həmçinin Neftçalanın Mayak qəsəbəsində, Zərdabın Körpükənd və Saatlının Əhmədbəyli kəndlərində məktəb binalarında inşaat işləri sürətlə aparılır.

 

Tikintiyə respublikanın müvafiq qurumları cəlb edilmişdir. Məktəblər yeni dərs ilində təhvil veriləcəkdir.


Paylaş: