15 iyul 2005

Qusarda yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, rayonun İmamqulukənd, Köhnə Xudat kəndlərində və Samur qəsəbəsində 759 milyon 74 min manat dəyərində 240 yerlik, Gündüzqala kəndində 675 milyon 77 min manat dəyərində 200 yerlik orta məktəb binaları tikilir. Məktəblərin hər birində 44 milyon manatlıq avadanlıq quraşdırılacaqdır. Tikinti işlərinə yerli işçi qüvvəsi cəlb olunmuşdur. Məktəblər yeni dərs ilində istifadəyə veriləcəkdir.