1 avqust 2005

Tərtər rayonunda yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində rayonun Sarıcalı və Düyərli kəndlərində hər birnin smeta dəyəri 427 milyon manat olan 100 yerlik məktəb binaları tikilir. Məktəblərə 40 milyon manatlıq avadanlıq da alınacaqdır. Tikinti işlərində yerli işçi qüvvəsindən istifadə olunmasına üstünlük verilir. Bu təhsil ocaqları yeni dərs ilinə qədər təhvil veriləcəkdir.

 

İndiyədək həmin kəndlərdə məktəblər qeyri-münasib binalarda fəaliyyət göstərmişdir.

 

Kənd sakinləri, pedaqoji kollektivlər təhsilə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.