2 avqust 2005

Qazax rayonunda məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər rayonun Hüseynbəyli və Aşağı Salahlı kəndlərində hər birinin smeta dəyəri 675 milyon manat olan 200 yerlik təzə orta məktəb binaları tikilib istifadəyə veriləcəkdir. 20 və 24 sinif otağı olan bu məktəblərdə 600-dən çox şagird təhsil alacaqdır.

 

Yeni dərs ili başlananadək 82 milyon manatlıq avadanlıq da alınıb məktəblərdə quraşdırılacaqdır.

 

Kəndlərin sakinləri övladlarının təhsil problemlərinin həlli sahəsində göstərdiyi xüsusi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.


Paylaş: