8 avqust 2005

Qəbələnin Nohurqışlaq kəndində yeni məktəb tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Qəbələ rayonunun Nohurqışlaq kəndində 480 yerlik yeni məktəb binası tikilir.

 

Tikinti üçün 1 milyard 200 milyon manat vəsait ayrılmış və indiyədək 500 milyon manatlıq iş görülmüşdür. Üçmərtəbəli binanın birinci mərtəbəsi inşa olunmuş, məktəbin su təchizatı üçün artezian quyusu qazılmışdır. Yeni binada 23 sinif otağı, idman salonu, laboratoriya və yardımçı otaqlar olacaqdır.

 

Binanı müsabiqədə qalib gəlmiş "İsmayıllı-27" Açıq Səhmdar Cəmiyyəti tikir.


Paylaş: