18 iyul 2005

Ağcabədi rayonunda 5 məktəb tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər rayonun Aşağı Avşar, Şənlik, Minaxorlu və Hacılar kəndlərində, eləcə də şəhər 3 nömrəli məktəbin yerində təzə orta məktəb binaları tikilir. Məktəblərin hər birinə 41 milyon manatlıq avadanlıq alınıb quraşdırılacaq. Tikinti işlərində yerli işçi qüvvəsindən istifadə olunmasına üstünlük verilir.

 

Bu məktəblərin hamısı indiyədək qeyri-münasib binalarda fəaliyyət göstərmişdir.


Kənd sakinləri, müəllim və şağirdlər parlament seçkiləri ərəfəsində onların məktəb probleminin həllinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.