28 iyul 2005

Şəmkir rayonunda məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər rayonun Füzuli qəsəbəsində və Tatarlı kəndində hər birinin smeta dəyəri 759,74 milyon manat olan 240 yerlik, Plankənd, Mehrili kəndlərində hər birinin smeta dəyəri 427,46 milyon manat olan 100 yerlik təzə orta məktəb binaları tikilir.

 

Məktəblərdə 128 milyon manatlıq avadanlıq da quraşdırılacaqdır.

 

Bu kəndlərin məktəbləri indiyədək qeyri-münasib binalarda fəaliyyət göstərmişdir.


Kənd sakinləri məktəb problemlərinin həllinə göstərdiyi xüsusi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.