1.jpg
19 avqust 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İsmayıllı rayonunun Bizlan kəndində məktəb binasının tikintisi ilə tanış olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri çərçivəsində avqustun 19-da Bizlan kəndində tikilməkdə olan 220 yerlik məktəb binasında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

 

Kəndin sakinləri, müəllimlər, şagirdlər Mehriban xanımı böyük səmimiyyətlə qarşıladılar. Bildirildi ki, kənddəki köhnə məktəb binası tədrisin keyfiyyətinə mənfi təsir edirdi. Onlar bu kənddə yeni məktəb binasının tikintisi ilə bağlı göstərdiyi qayğıya görə YUNESKO-nun xoşməramlı səfirinə dərin minnətdarlıqlarını bildirdilər, Heydər Əliyev Fonduna xüsusi hədiyyə təqdim etdilər.

 

Fondun prezidenti Mehriban Əliyeva məktəbin tikintisi ilə yaxından maraqlandı, sinif otaqlarına baxdı, inşaat işlərinin yeni dərs ilinədək başa çatması üçün konkret tövsiyələrini verdi. O, qış aylarında sinif otaqlarının qızdırılması məsələsi ilə də maraqlandı.

 

Heydər Əliyev Fondunun prezidenti kənd sakinləri, müəllimlər və məktəblilərlə xatirə şəkli çəkdirdi, bura toplaşan insanların qayğıları, problemləri ilə maraqlandı.

 


FOTO

Paylaş: