1.jpg
8 sentyabr 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lənkərandakı uşaq evində və Fondun təşəbbüsü ilə tikilən məktəbdə olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sentyabrın 8-də Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olmuş, burada tərbiyə alan uşaqların qayğı və problemləri ilə maraqlanmışdır. 


Mehriban xanım uşaqların ifasında mahnılara, şeirlərə qulaq asdı, körpələrə qayğı və nəvaziş göstərdi.


Uşaq evindəki şəraitlə yaxından tanış olan Mehriban xanım Əliyeva uzun illər təmir edilməyən binanın əsaslı təmirə ehtiyacı olduğunu, Heydər Əliyev Fondunun vəsaiti ilə yaxın vaxtlarda bu işə başlanacağını bildirdi.


Sonra Mehriban xanım Fondun təşəbbüsü ilə tikilən yeni məktəb binasında işlərin gedişi ilə tanış olmaq üçün rayonun Şağlaser kəndinə gəldi. Məktəbin müəllim kollektivi, valideynlər, məktəblilər, inşaatçılar Fondun Prezidentini səmimiyyətlə qarşıladılar, xeyirxah işlərinə, uşaqlara diqqət və qayğısına görə minnətdarlıq etdilər.


Mehriban xanım kənd sakinləri ilə söhbət etdi, ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti barədə danışdı, özünə göstərilən səmimiyyətə görə razılığını ifadə etdi.


FOTO

Paylaş: