14 oktyabr 2005

Samux rayonunda yeni məktəb binası istifadəyə verilib

Samux rayonunun Qarayeri qəsəbəsindəki 2 saylı orta məktəb yeni binaya köçmüşdür. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" proqramına uyğun olaraq inşa edilən 200 yerlik bu məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbin inventarları tamamilə dəyişdirilmiş, kompüter otağı yaradılmışdır.


Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, məktəbin müəllimlərindən Hafizə Abdullayeva, bu yaxınlarda ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə respublikanın əməkdar müəllimi adına layiq görülmüş Göycək Namazova və başqaları məktəblərə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.