10 noyabr 2005

Ağstafa rayonunun Saloğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məktəb istifadəyə verilib

Ağstafa rayonunun Saloğlu kəndində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur.

 

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayev, valideynlər, təhsil işçiləri, məktəblilər çıxış edərək göstərilən qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevə minnətdarlıqlarını bildirmişlər. Yeni təhsil ocağı müasir tədris ləvazimatı ilə təchiz olunmuşdur.