12 dekabr 2005

Sabirabadda yeni məktəb binası inşa edilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad rayonunun Axtaçı Muğan kəndində 310 yerlik yeni məktəb binası inşa edilmişdir.

 

Açılış mərasimində çıxış edənlər ölkəmizdə gənc nəslə və təhsilə göstərilən dövlət qayğısından danışmış, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara təhsildə yeni uğurlar arzulamışlar.

 

Sonra tədbir iştirakçıları yeni məktəb binası ilə tanış olmuşlar.