Ağdaş rayonunun Pirkəkə kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yeri olan orta məktəb binasının tikintisinə başlanılmışdır.
Müasir standartlar səviyyəsində qurulacaq bu tədris ocağını "Azəraqrartikinti" ASC-nin Ağdaş filialı inşa edir.
Məktəb binası qarşıdakı dərs ilinədək istifadəyə veriləcəkdir.