28 iyun 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabul rayonunun Udullu və Qubalı kəndlərində yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana-yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Hacıqabul rayonunun 1875 sakini olan Udullu və 446 sakini olan Qubalı kəndlərində yeni orta məktəb binaları tikiləcəkdir.


Bu kəndlərdəki qəza vəziyyətində olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagird yeri olan yeni məktəblər tikilib sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanmış, inşaat işlərinə başlanmışdır. Tikinti işlərində yerli işçi qüvvəsindən və inşaat materiallarından istifadə olunmasına üstünlük verilir.