01.JPG
19 dekabr 2007

Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirib

Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir.

 

Fondun əməkdaşları əvvəlcə Maştağa qəsəbəsindəki 1 nömrəli Ruhi-əsəb xəstəxanasında olmuşlar. Fondun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xəstəxanaya 15 əlil arabası və bayram sovqatı gətirilmişdir.

 

Fondun təmsilçiləri burada müalicə olunanlara və xəstəxananın tibb heyətinə Mehriban xanımın xoş arzularını çatdırmışlar. Tibb işçiləri bu diqqət və qayğıya görə Fondun prezidentinə minnətdarlıq etmişlər.

 

Heydər Əliyev Fondu adından bayram münasibətilə Pir Həsən ziyarətgahında qurban kəsilmiş, Əzizbəyov rayonundakı 10 internat evinə paylanmışdır.

 

Fond mübarək Qurban bayramı ərəfəsində Əzizbəyov rayonunun Şüvəlan, Binə, Türkan, Zirə, Pirallahı, Gürgən, Qala, Mərdəkan, Şağan və Buzovna qəsəbələrində Çernobıl və 20 Yanvar faciəsi əlillərinə, İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri və aztəminatlı ailələrə bayram sovqatları paylamışdır. Ümumilikdə, 2700 ailəyə qurban payı və bayram sovqatı verilmişdir.

 

Sakinlər bu əziz və müqəddəs bayramda onları yaddan çıxarmadığına görə Mehriban xanım Əliyevaya ürəkdən minnətdarlıq etmiş, Azərbaycanın birinci xanımının bu xeyirxahlığını həmişə ehtiramla anacaqlarını bildirmişlər.   


FOTO