22 dekabr 2007

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Gəncədə xeyriyyə aksiyası keçiriblər

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsinin həkim briqadası Gəncədə xeyriyyə aksiyası keçirmişdir.

 

Həkimlər uşaq evində 50-dən çox körpəni müayinə etmiş, onların üçünün ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu müəyyənləşdirmişlər.

 

Gəncə sakini, 20 yaşlı Günel Yusifovanın müayinəsi zamanı məlum olmuşdur ki, ürəyində anadangəlmə 4-5 qüsurun olması nəticəsində onun həyatı üçün təhlükə yaranmışdır. Həkimlər bildirmişlər ki, Günelin səhhəti ilə Mehriban xanım Əliyeva şəxsən maraqlanır və müalicəsi üçün lazım olan bütün xərcləri öz üzərinə götürmüşdür. Mərkəzi Neftçilər Xəstəxanasında ətraflı müayinədən sonra Günelin ürəyində cərrahiyyə əməliyyatı aparmaq qərara alınmışdır.

 

Uşaq evinin sakinlərinə bayram sovqatı payladıqdan sonra həkimlər xeyriyyə aksiyasını şəhər körpələr evində davam etdirmişlər.