14 sentyabr 2006

Heydər Əliyev Fondunun səhiyyə sahəsinə daha bir töhfəsi

Sentyabrın 13-də Almaniyanın "Karl-Storz" şirkəti Heydər Əliyev Fonduna 160 min avro dəyərində endoskopik avadanlıq bağışlamışdır. Urologiya sahəsində tətbiq olunacaq bu müasir avadanlıq xəstələrə açıq əməliyyat aparılmadan müalicə olunmağa imkan yaradacaqdır.


Xatırladaq ki, səhiyyə yönümlü layihələr Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Üçüncü ildir ki, Fondun "Diabetli uşaqlara ən yüksək qayğı" proqramı ölkədə 14 yaşına qədər qeydə alınmış xəstələrin insulin və şpris-qələmlə təmin olunmasına imkan yaradır. "Talassemiyasız həyat naminə" layihəsi isə ölkədə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə həm də diqnostik mərkəzin tikintisini nəzərdə tutur və Bakıda onun üçün yer də ayrılmışdır.

 

Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir.