26 sentyabr 2014

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvar şəhərində qanvermə aksiyası keçirilib

Biləsuvar şəhərində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri və şəhər sakinləri qatılıblar.

 

Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 200 nəfərə yaxın könüllü donor qan verib.

 

Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.