001.jpg
9 oktyabr 2014

Qaradağ rayonundakı 6 nömrəli somatik sanatoriyada müalicə olunan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında olub.

 

50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reablitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər.

 

Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət edib.

 

Hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir.

 

Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.


FOTO

VİDEO